Erməni idmançı qondarma rejimin “bayrağı”ndan imtina etdi: Ermənilər lincə başladı – VİDEObackend

Erməni idmançı qondarma rejimin “bayrağı”ndan imtina etdi: Ermənilər lincə başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni teleqram kanallarında tanınan UFC idmançısı Arman Sarukyanın separatçı və qondarma rejimin “bayrağı”ndan açıq şəkildə imtina etməsini əks etdirən görüntülər geniş yayılıb.

Musavat.com xəbər verir ki, görüntülər erməni cəmiyyətində aqressiya ilə qarşılanıb. Arman Sarukyan — yüngül çəkidə çıxış edən erməni əsilli qarışıq döyüş sənətləri (MMA) idmançısıdır. Hazırda dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC-nin aparıcı döyüşçülərindən biridir. Gürcüstanda doğulub, Rusiyada böyüyüb və idman karyerasını orada qurub. UFC-də rəsmi olaraq Ermənistanı təmsil edir.

Videodan aydın görünür ki, at belində olan idmançıya yaxınlaşan yaşlı erməni ona qondarma separatçı rejimin əski parçasını uzatmağa çalışır. Lakin Arman Çarukyan haqlı və ayıq-sayıq addım ataraq reallığı qəbul edir, həmin qondarma “bayrağı” götürməkdən qəti şəkildə imtina edir. O, yalnız Ermənistanının rəsmi bayrağını qəbul edir.

Bu addım beynəlxalq hüququn və regiondakı yeni geosiyasi reallıqların (Azərbaycanın suverenliyini tam bərpa etməsi və qondarma rejimin tarixin zibilliyinə gömülməsi) hətta erməni idman elitası tərəfindən də dərk edildiyinin bariz nümunəsidir. Sarukyan artıq mövcud olmayan və heç bir hüquqi əsası tapılmayan bir kağız və ya bez parçasını dalğalandırmağın mənasızlığını başa düşüb.

Bu görüntülərin yayılmasından dərhal sonra erməni radikalları və teleqram kanalları idmançıya qarşı genişmiqyaslı linc kampaniyasına başlayıblar. Erməni istifadəçilər Sarukyanı “türklərə satılmaqda”, “xəyanətdə” və “qorxaqlıqda” ittiham ediblər.

Lakin bu linc kampaniyası bir daha sübut edir ki, erməni cəmiyyəti hələ də xəyallar içində yaşayarkən, onların yetişdirdiyi və dünyaya çıxan tanınmış simaları artıq qondarma ideologiyaların iflasını qəbul edir və Ermənistanın gələcəyini bu cür avantüralarda görmürlər.