İstanbulun Göktürk səmtində aktyor Kıvanç Tatlıtuğun evində aparılan təmir işləri zamanı baş verən bədbəxt hadisə nəticəsində bir fəhlə ağır xəsarət alıb.
Editor.az xəbər verir ki, məsələ ilə bağlı ilk açıqlama Tatlıtuğun vəkili tərəfindən verilib.
Vəkil Atəş İbrahim bildirib ki, ictimaiyyət arasında yayılan məlumatlarda səhvlər olub.
Belə ki, o, hadisənin 31 avqustda baş verdiyini açıqlayıb.
Atəş İbrahim qeyd edib ki, işlərin dördüncü günündə şirkət rəsmisi Tatlıtuğun və ya onun işçilərinin xəbəri və ya razılığı olmadan gündəlik muzdla işləyən bir şəxsi iş sahəsinə gətirib.
Eyni zamanda şirkət rəsmisi də polisə verdiyi ifadədə bunu təsdiqləyib.
//Dəniz Pənahova, Editor.az

