Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladıbackend

Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu başlayıb.

Editor.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (VK) məlumat yayıb.

Qeyd olunub ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid etməlidirlər.

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.