Pakistanda kömür mədənində partlayış: Ölənlər var – VİDEObackend

Pakistanda kömür mədənində partlayış: Ölənlər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Hərnay şəhərində kömür mədənində qaz partlayışı qeydə alınıb. Hadisə nəticəsində dörd mədənçi həyatını itirib, daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “The Nation” nəşri yayıb.

Mənbənin məlumatına əsasən, partlayışdan dərhal sonra beş fəhlə yeraltı kütlənin altında köməksiz vəziyyətdə qalıb. Həmin şəxslər Pakistan hərbçilərinin həyata keçirdiyi əməliyyat nəticəsində xilas edilərək çıxarılıb.

Hadisə zamanı xəsarət alan şəxslər Kvetta şəhərində yerləşən tibb müəssisələrinə təxliyə olunublar.