Polşa Rusiyanın yaxın həftələrdə ölkə ərazisinə zərbələr endirə biləcəyini istisna etmir.
Editor.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Qarşıdakı həftələr və aylarda Rusiyanın fəallığının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Təəssüf ki, bu eskalasiyanın bizim ərazimizə də yayıla biləcəyini istisna edə bilmərik”, – o bildirib.

