Rostov Vilayət Məhkəməsi yerli sakini Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə nəqliyyat infrastrukturu obyektinə qarşı təxribat törətməyi planlaşdırdığına görə 20 il müddətinə azadlıqdan məhrum edib.
Editor.az xəbər verir ki, məhkəmənin mətbuat xidməti bu barədə məlumat yayıb.
İstintaq müəyyən edib ki, həmin şəxs 2024-cü ilin yanvarında Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqəyə girib. Ona pul müqabilində təxribat aktı törətmək – konkret olaraq Rostov vilayətindəki nəqliyyat infrastrukturu obyektlərinə ziyan vurmaq tapşırığı verilib.
2024-cü ilin aprelində həmin şəxs ərazini kəşfiyyat edib və cinayəti törətmək üçün lazım olan vasitələri hazırlayıb. O, planlaşdırılan təxribat yerinə gələrkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
//Dəniz Pənahova, Editor.az

