Ağcabədidə çoxillik tut bağı yanır – Fotobackend

Ağcabədidə çoxillik tut bağı yanır – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.

Editor.az Report-a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.