Şengendə yeni dövr: 9 Avropa ölkəsindən geri addımbackend

Şengendə yeni dövr: 9 Avropa ölkəsindən GERİ ADDIM 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə, müvafiq texnologiya və sistemlər düzgün işləyənə qədər Avropa İttifaqının mübahisəli Giriş-Çıxış Sistemini (EES) tətbiq etməyəcəklərini açıqlayıblar.

Editor.az xəbər verir ki, xüsusilə sıxlıq dövrlərində sərhəd keçidlərində sərnişin axınını qorumaq və mümkün səyahət böhranlarının qarşısını almaq məqsədilə, infrastruktur tam hazır olana qədər sözügedən doqquz ölkənin keçid məntəqələrində biometrik məlumatlar toplanmayacaq.

Keçən ilin oktyabrında mərhələli şəkildə istifadəyə verilən və bu ilin əvvəlində tam tətbiqi nəzərdə tutulan sistem üçün üzv ölkələrə əvvəlcədən 150 günlük çeviklik müddəti verilmişdi.

Son qərara əsasən, sistemlə bağlı problemlər həll olunana qədər Aİ-dən kənardan gələn səyahətçilərin sərhəd keçidi mövcud nəzarət prosedurları vasitəsilə həyata keçirilməyə davam edəcək.

//Dəniz Pənahova, Editor.az