Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub – FOTObackend

Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

Qeyd edilib ki, 198 nömrəli xətt ilə hərəkət edən sərnişin avtobusu firmalardan birinə məxsus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində yük maşınına ciddi ziyan dəyib.