Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına İran da daxil edilib.
Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı”na İran İslam Respublikası əlavə olunub.
Bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 31 dekabr tarixinədək qüvvədədir.

