Windows 11-in yeni yeniləməsi istifadəçilər üçün problemlər yaradıbbackend

Windows 11-in yeni yeniləməsi istifadəçilər üçün problemlər yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Microsoft-un Windows 11 üçün yayımladığı avqust ayına aid əlavə yeniləmə bəzi istifadəçilərin kompüterlərində müxtəlif problemlərə səbəb olub.

Windows Latest-in məlumatına görə, KB5120998 nömrəli yeniləmənin quraşdırılmasından sonra istifadəçilər əsasən kursorun fərdiləşdirilməsi və iş masasının fon şəkli ilə bağlı nasazlıqlardan şikayətlənirlər.

Məlumata əsasən, bəzi kompüterlərdə fərdiləşdirilmiş kursor parametrləri sıfırlanaraq standart ölçülü ağ göstərici ilə əvəzlənir. Eyni zamanda, iş masasının fon şəkli də silinərək qara ekranla əvəz oluna bilər.

Problemlərin bütün Windows 11 istifadəçilərində müşahidə olunmadığı bildirilir. Bununla belə, şikayətlərin sayının artması səbəbindən mütəxəssislər yeniləmənin quraşdırılmasını hələlik təxirə salmağı tövsiyə edirlər.

Yeniləməni artıq quraşdıran və problemlə üzləşən bəzi istifadəçilər KB5120998-i sistemdən sildikdən sonra kursor və iş masası parametrlərinin bərpa olunduğunu bildiriblər.

//Samir Qurbanov, Editor.az