Putin ABŞ-ın İran müharibəsindən zəiflədiyini düşünür — WPbackend

Putin ABŞ-ın İran müharibəsindən zəiflədiyini düşünür — WP

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın İranla davam edən müharibə fonunda zəiflədiyini düşünür.

Editor.az xəbər verir ki, bu barədə The Washington Post ABŞ kəşfiyyatındakı vəziyyətdən xəbərdar olan iki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ kəşfiyyatının hazırladığı məxfi qiymətləndirmədə Kremlin Vaşinqtonun zəiflədiyini düşündüyü və bunu ABŞ-ın maraqlarına, eləcə də Avropadakı müttəfiqlərinə qarşı təzyiqi artırmaq üçün fürsət hesab etdiyi bildirilib.

Məlumata əsasən, bu qiymətləndirmə CIA direktoru Con Retkliffin Moskvaya gizli səfərindən əvvəl hazırlanıb. Retkliffin Rusiya rəsmiləri ilə danışıqlarının detalları açıqlanmasa da, mənbələrdən biri onun Moskvanı Ukraynada hərbi əməliyyatları genişləndirməməyə çağırdığını bildirib.
Retkliff Moskvaya çərşənbə axşamı səfər edib.

Bu, 2021-ci ildən bəri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Rusiyaya məlum olan ilk səfəri olub. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin görüşləri təsdiqləyərək danışıqlarda “qeyri-adi heç nə olmadığını” bildirib.
Kremlin açıqlamasına görə, Retkliff səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyib.

//Samir Qurbanov, Editor.az