Ukrayna YENİ RAKETLƏRİ işə saldı: Məşhur polkovnik ÖLDÜRÜLDÜbackend

Ukrayna YENİ RAKETLƏRİ işə saldı: Məşhur polkovnik ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Russian Officers Killed in Ukraine” layihəsi Rusiya Silahlı Qüvvələrinin 41-ci ordusunun qərargahının baş zabiti, polkovnik-leytenant Andrey Moiseyenkonun həlak olduğunu bildirib.

Layihənin məlumatına görə, o, avqustun 26-da endirilən zərbə nəticəsində məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da avqustun 26-sı və 27-də Donetsk ərazisində Rusiya qoşunlarının əsas və ehtiyat komanda məntəqələrinin vurulduğunu təsdiqləyib.

Ukrayna OSINT (açıq kəşfiyyat) kanallarının məlumatına görə, zərbələrdən biri hərbi texnikanın saxlanılması üçün istifadə oluna biləcək yeraltı avtodayanacağa endirilib.

Musavat.com