Cəbhədən 1000 km aralıda nöqtə zərbəsi: Ukrayna Hərbi Qüvvələri Rusiyanın Neft Emalı Zavodunu vurdubackend

Cəbhədən 1000 km aralıda nöqtə zərbəsi: Ukrayna Hərbi Qüvvələri Rusiyanın Neft Emalı Zavodunu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri cəbhə xəttindən 1000 kilometr məsafədə yerləşən Yaroslavl vilayətindəki neft emalı zavoduna və Engelsdəki hərbi aerodroma uğurlu zərbələr endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat paylaşıb.

Ukrayna lideri vurğulayıb ki, son sutka ərzində Müdafiə Qüvvələrinin döyüşçüləri Yaroslavldakı NEZ-i sıradan çıxarmaqla yanaşı, Qara dənizdə də Rusiyanın hərbi addımlarına adekvat cavablar veriblər. “Bundan əlavə, Rusiyanın Engels şəhərində Ukrayna Təhlükəsizlik Xidmətinin (KXB/SBU) “Alfa” xüsusi təyinatlıları TU-95MS strateji raketdaşıyan təyyarəsini zərərsizləşdiriblər.

Məhz bu tipli təyyarələrdən Ukrayna şəhərlərinə raket zərbələri endirilir”, – deyə Volodimir Zelenski qeyd edib.

Musavat.com