Bu gün Sistan və Bəluçistan əyalətinin Nikşəhrdən Çabahar şəhəri istiqamətində zirehli tankarın daşındığı bildirilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı sosial mediada ən azı dörd tankın daşındığını əks etdirən görüntülər paylaşılıb.
Zirehli qurğuların ötən gecə İranşəhdə dayandığı bildirilib.
Bununla belə, tankların bölgədə hərəkətinin dəqiq səbəbi, Çabahardakı mümkün təyinat yeri, eləcə də bu fəaliyyətin hansı proqram çərçivəsində həyata keçirildiyi barədə hələlik müstəqil məlumat yoxdur.

