Sankt-Peterburqda podpolkovnikə qarşı dəhşətli suikast: Bombanı 24 yaşlı qız yerləşdiribbackend

Sankt-Peterburqda podpolkovnikə qarşı dəhşətli suikast: Bombanı 24 yaşlı qız yerləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq şəhərində Rusiya Silahlı Qüvvələrinin podpolkovnikinin avtomobilinə partlayıcı qurğunu 24 yaşlı qızın qoyduğu məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Fontanka” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

İstintaqın versiyasına görə, gənc qız Peterburqa gələrək göstərilən ünvandakı avtomobili tapıb və avqustun 26-sı axşam saatlarında partlayıcı qurğunu maşının alt hissəsinə, sürücü oturacağının tərəfinə bərkidib. Suikastı törədən şəxs dərhal Rusiyanı tərk edərək əvvəlcə Türkiyəyə, oradan isə Moldovaya uçub. Partlayış avqustun 27-də baş verib.

Nəticədə yüksəkrütbəli hərbçi hadisə yerində həyatını itirib, onunla birgə olan həyat yoldaşı isə müxtəlif dərəcəli xəsarətlər alsa da, sağ qalıb. Mediada həlak olan podpolkovnikin adı hələ ki açıqlanmır.