Venesuela OPEK-dən çıxmaq imkanını nəzərdən keçirirbackend

Venesuela OPEK-dən çıxmaq imkanını nəzərdən keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela Neft İxrac edən Ölkələr Təşkilatından (OPEK) çıxmaq imkanını araşdırır.

Editor.az-ın “Bloomberg”ə istinadən yaydığı məlumata görə, bu məsələ Venesuela rəsmiləri ilə ABŞ nümayəndələri arasında aparılan danışıqlar zamanı müzakirə edilib.

Məlumata görə, Venesuelanın OPEK-dən mümkün çıxışı ölkənin neft sektorunun gələcək inkişafına ciddi təsir göstərə bilər. Belə bir qərar ABŞ və digər ölkələrin neft şirkətlərinin Venesuelada fəaliyyətlərini genişləndirməsinə və ölkənin neft sənayesinin bərpasında daha fəal iştirak etməsinə imkan yarada bilər.

Venesuela dünyanın mühüm neft ehtiyatlarına malik ölkələrindən biri hesab olunur. Bu səbəbdən Karakasın OPEK-dən çıxmaq ehtimalı beynəlxalq enerji bazarında da diqqətlə izlənilir.

//Samir Qurbanov, Editor.az