Bunu Strategiya Aqmaşenebeli partiyasının lideri Giorgi Vaşadze bildirib. “Sürprizlər olacaq, amma müsbət sürpirizlər. Vurğulayıram: hücum, basqın, qaçış və ya yerdəyişmə olmayacaq. Yalnız bir şey olacaq – xalqdan mandatın bizə təhvil verilməsi ilə bağlı müxtəlif hərəkətlər olacaq.” – Giorgi Vaşadze
deyib.
Onun sözlərinə görə, mitinq 26 may axşamı hakim “Gürcü Arzusu” partiyasının tərəfdarlarının təxribatlarının qarşısını almaq üçün planlaşdırılır. Onlar ertəsi gün səhər hərbi andiçmə mərasimində iştirak edəcəklər. Siyasətçi qeyd edib ki, mitinqin məqsədi kütləvi tədbir zamanı birlik və peşəkarlıq nümayiş etdirməkdir.
Qeyd etmək lazımdır ki, 26 may tarixində Tbilisidə Gürcüstan müxalifətinin genişmiqyaslı mitinqi planlaşdırılır. Tədbirdə regionlardan olan müxalifət tərəfdarları da iştirak edəcəklər.
//Samir Qurbanov, Editor.az


