Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endiribbackend

Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin cənub-qərbində yerləşən Taiz əyalətinin Moxa şəhərindəki hava limanı Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri tərəfindən iki dəfə havadan vurulub.

Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumatı husilərin (“Ənsar Allah” üsyançı hərəkatı) tabeçiliyində fəaliyyət göstərən “Saba” xəbər agentliyi yayımlayıb.

Qeyd edək ki, çərşənbə axşamı yayılan məlumatlara əsasən, Qırmızı dənizin sahil zolağında yerləşən Moxa şəhəri husi silahlı dəstələrinin nəzarəti altına keçmişdi.

Sentyabr ayının başlanğıcında Yəmən üsyançılarının ölkənin cənub-qərb istiqamətində hücum əməliyyatlarına başlaması ilə bölgədəki vəziyyət daha da gərginləşib. Quru qoşunlarının irəliləyişi ilə paralel olaraq, husilər Moxa şəhərinə gedən marşrutları bağlamaq və strateji cəhətdən vacib olan Bab əl-Məndəb boğazı ətrafındakı zonalara çatmaq üçün Qırmızı dənizin sahilboyu ərazilərini və Taiz şəhərinin ətrafını raketlər, eləcə də pilotsuz uçuş aparatları vasitəsilə hədəfə almağa başlayıblar.