Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi Hindistanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçiriblər.
Editor.az xəbər verir ki, görüş sentyabrın 11-də Yeni Dehlidəki “Bharat Mandapam” Konvensiya və Sərgi Mərkəzində baş tutub.
Qeyd edək ki, liderlərin proqramına “Innoprom” sənaye sərgisinə səfər də daxildir. Hindistanlı tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi tərəfindən təşkil olunan sərgi “Bharat Mandapam” kompleksinin pavilyonlarından birində keçirilir.
Xatırladaq ki, liderlərin əvvəlki görüşü iki həftədən də az müddət əvvəl baş tutub. Putin və Modi avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı danışıqlar aparıblar.
//Dəniz Pənahova, Editor.az

