Türk Dövlətləri Təşkilatının (TDT) rəhbərliyində dəyişiklik baş verib. Təşkilatın yeni Baş katibi vəzifəsinə özbəkistanlı diplomat Mirvahid Əzimov gətirilib.
Editor.az xəbər verir ki, bununla da TDT-nin Baş katibi postunda dəyişiklik rəsmiləşib.
Qeyd edək ki, bu təyinatadək təşkilata qırğızıstanlı diplomat Kubanıçbek Ömüralıyev rəhbərlik edib. O, TDT-nin Baş katibi vəzifəsini icra edirdi.

