Oktyabrın son günü Azərbaycanda hava necə keçəcək?backend

Oktyabrın son günü Azərbaycanda hava necə keçəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 31-də Azərbaycanın bəzi ərazilərində hava şəraiti dəyişəcək. Gecə və səhər saatlarında yağış yağacağı, ayrı-ayrı bölgələrdə isə leysan, şimşək və dolu müşahidə olunacağı ehtimal edilir.

Milli Hidrometeorologiya Xidmətindən Editor.az-a verilən məlumata görə, şənbə günü Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gün ərzində dəyişkən buludlu hava müşahidə olunacaq, arabir buludluluq artacaq. Bununla belə, gecə və səhər bəzi ərazilərdə qısamüddətli yağış yağa bilər.

Paytaxtda küləyin istiqaməti də dəyişəcək. Günün ikinci yarısında cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Rayonlarda leysan, dolu və qar ehtimalı var

Ölkənin bölgələrində də hava əsasən yağmursuz keçsə də, gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır.

Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Yüksək dağlıq ərazilərdə isə qar yağması mümkündür.

Bəzi rayonlarda arabir duman müşahidə ediləcək. Əsasən mülayim qərb küləyi əsəcək.

Aran rayonlarında gecə temperatur 10-14, gündüz 17-21 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3-8, gündüz 12-17 dərəcə isti proqnozlaşdırılır.