“Hal-hazırda təhsilin ənənəvi formada davam etməsi üçün heç bir əngəl yoxdur”- Elçin Əfəndibackend

“Hal-hazırda təhsilin ənənəvi formada davam etməsi üçün heç bir əngəl yoxdur”- Elçin Əfəndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2019-cu ilin sonundan etibarən 2 il müddətində Azərbaycanda distant və hibrid formada təhsilə keçid alındı. Hal-hazırda növbəti tədris ilinin başlanmasına 1 həftə vaxt qalıb. Yeni dərs ilinin ənənəvi formada keçirilməsi daha məqsədəuyğundur. Çünki biz pandemiya müddətində distant formalı təhsildən yetərincə yararlana bilmədik. Bunun da başlıca səbəblərindən biri Azərbaycan təhsil sisteminin distant formalı tədrisə hazır olmaması ilə əlaqədardır. Hələ də biz onlayn təhsilə hazır deyilik. Çünki bu istiqamətdə müvafiq işlər aparılmalı, baza formalaşdırılmalı, bütün təhsilalan və təhsilverənlərin təhsilə əlçatanlığı tam təmin olunmalıdır. Bu baxımdan ki, onların müvafiq texnoloji avadanlıqlarla təminatı yaxşılaşdırılmalıdır. O zaman qarşıdakı dövr ərzində yenidən pandemiya sərtləşərsə, distant formada təhsilə qayıda bilərik”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Təhsil eksperti bildirib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası qanunvericiliyində distant təhsil öz əksini tapsa da hələ də aiddiyyatı qurumlar tərəfindən qəbul olunmur:

“Buna baxmayaraq biz qarşıdakı dövrlərdə bu təhsil formasının qəbul edilməsinə ehtiyac olduğunu gördük. Postpandemiya dövründə təhsilimizin aqibətini yaxşılaşdırmaq üçün ənənəvi təhsilə üstünlük verməliyik. Daha çox tədris olunmayan, şagirdlərin geri qaldığı mövzular üzərində işlənməlidir ki, biz müvafiq olaraq təhsil sahəsində inkişafdan qalmayaq. Ümumi gözləntilər və proqnozlarımızla növbəti dövr ərzində təhsilin ənənəvi formada davam etməsini dəstəkləyirik. Çünki ölkəmizdə insanların demək olar ki, hər biri vaksin olunub və ənənəvi formada təhsilə keçid üçün heç bir əngəl yoxdur. Ola bilər ki, hər hansı məktəbdə şagird və müəllimlərdən kimdəsə koronavirus qeydə alınarsa, lokal qapanma ola bilər. Bundan sonra yalnız lokal qapadılmalar ola bilər, ümumi qapanmaya ehtiyac yoxdur. Qarşıdakı dövr ərzində isə biz dərslərin ənənəvi qaydada davam etməsinin tərəfdarıyıq. Ümid edirəm ki, növbəti tədris ilində vəziyyət kütləvi qapanma səviyyəsinə gəlib çıxmayacaq”.

//Gülnarə Abasova, Editor.az