Hikmət Hacıyev: “Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır”backend

Hikmət Hacıyev: “Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Orta Dəhliz nəqliyyat marşrutundan Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər ölkələri birləşdirən strateji geoiqtisadi sistemə dərin keçid mərhələsindədir”.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib.

O bildirib ki, Körfəz bölgəsində və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır.

“Orta Dəhlizin vacib əsas komponentlərindən biri Bakı-Tbilisi-Qars dəmir yoludur. Bağlantı arxitekturasının vacib bir ölçüsü də Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəlidir. Yaranmaqda olan Zəngəzur dəhlizi getdikcə Orta Dəhlizin strateji seqmenti kimi qəbul edilir. O, Şərq-Qərb əlaqəsini gücləndirməklə yanaşı, Azərbaycanın Türkiyə və daha geniş coğrafiyada Avropa ölkələri ilə birbaşa əlaqəsini gücləndirmək potensialına malikdir”, – deyə Prezidentin köməkçisi əlavə edib.