Qara dənizdə Rusiyaya məxsus tankere zərbə endirilibbackend

Qara dənizdə Rusiyaya məxsus tankere zərbə endirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələri Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən WEST Horizon tankerini hədəf alıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hücum faktını təsdiqləyib. Bildirilir ki, gəmi Rusiyanın beynəlxalq sanksiyalardan yan keçərək neft və neft məhsullarının daşınmasında istifadə etdiyi donanmaya daxildir.

İlkin məlumatlara görə, zərbə nəticəsində tanker ciddi zədələnib və onun idarəetmə və hərəkət sistemlərində nasazlıq yaranıb.

Ukrayna tərəfi bu əməliyyatın Rusiyanın enerji ixracı və sanksiyalardan yayınma mexanizmlərinə qarşı yönəlmiş genişmiqyaslı tədbirlərin bir hissəsi olduğunu bildirir.

//Samir Qurbanov, Editor.az