İspaniyanın “La Liqa” təmsilçisi CA Osasuna mövsüm-2025/2026 üçün qeyri-adi maliyyə addımı atıb.
Editor.az xəbər verir ki, məlumata görə, klub aşağı liqaya düşmə ehtimalına qarşı sığorta müqaviləsi bağlayıb. Sözügedən sığorta Howden şirkəti vasitəsilə rəsmiləşdirilib və onun dəyəri təxminən 1,3 milyon avro təşkil edib.
Müqavilənin şərtlərinə əsasən, “Osasuna” mövsümün sonunda La Liqadan düşəcəyi təqdirdə, klub təxminən 6 milyon avroya qədər kompensasiya əldə edə bilər.
Məlumata görə, bu cür sığorta mexanizmi klubun mümkün maliyyə itkilərini azaltmaq məqsədi daşıyır və idman təşkilatları arasında nadir tətbiq olunan risk idarəetmə alətlərindən biridir.
//Samir Qurbanov, Editor.az


