Rusiya Şimali Avropa və Baltik ölkələri ilə sərhədlərinə yaxın ərazilərdə hərbi infrastrukturun genişləndirilməsi istiqamətində fəal iş aparır.
Məlumata görə, yeni yaradılan hərbi obyektlərdə ümumilikdə 115 minə qədər hərbçinin yerləşdirilməsi planlaşdırılır.
Bu barədə İsveçin SVT və Norveçin NRK media qurumlarının birgə araşdırmasında bildirilir.
Araşdırma müəlliflərinin məlumatına görə, Rusiya NATO-nun şimal cinahına yaxın bölgələrdə yeni hərbi şəhərciklər, kazarmalar, texnika parkları və logistika obyektləri inşa edir. Məqsədin bölgədə hərbi mövcudluğu gücləndirmək və qoşunların operativ yerləşdirilməsi imkanlarını artırmaq olduğu vurğulanır.
Qeyd olunur ki, hərbi infrastrukturun genişləndirilməsi Avropa ölkələri və NATO tərəfindən diqqətlə izlənilir. Ekspertlər hesab edirlər ki, bu addımlar Rusiyanın regiondakı hərbi potensialını artırmaq niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.
//Samir Qurbanov, Editor.az


