Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Qeyd olunub ki, T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə iyunun 7-si axşam saatlarında baş verib. Turan Mirişli çaya düşərək batıb. Batan şəxsin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunub.


