Ukraynaya qarşı müharibəni və Krımın işğalını dəstəkləyən rusiyalı aktrisa vəfat edibbackend

Ukraynaya qarşı müharibəni və Krımın işğalını dəstəkləyən rusiyalı aktrisa vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ Xalq Artisti, tanınmış rusiyalı aktrisa Lyudmila Çursina 84 yaşında vəfat edib.

Məlumata görə, Çursina uzun illər Rusiya Ordusu Teatrında fəaliyyət göstərib. O, 1984-cü ildən Sovet Ordusu Teatrında xidmət edib, 1993-cü ildə teatrın adı dəyişdirildikdən sonra isə yaradıcılığını həmin səhnədə davam etdirib.
Aktrisa ictimai-siyasi mövqeyi ilə də diqqət çəkib. O, Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etməsini, eləcə də Moskvanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəni açıq şəkildə dəstəkləyən sənətçilərdən biri kimi tanınıb.

Çursinanın ölüm səbəbi barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Vida mərasiminin vaxtı və yeri ilə bağlı məlumatın yaxın günlərdə elan ediləcəyi gözlənilir.

//Samir Qurbanov, Editor.az