Çində aparılan tədqiqatlar elektromaqnit silah sistemlərinin hazırlanmasında uzun müddətdir mövcud olan əsas texniki problemin həll edildiyini göstərib.
Çinli alimlərin məlumatına görə, ilk dəfə olaraq rels topundan (railgun) atılan mərmi daxilində yerləşdirilən elektron sistemlər yüksək sürət və güclü elektromaqnit təsirlərə baxmayaraq funksionallığını qoruyub saxlayıb.
Mütəxəssislər bu nəticəni elektromaqnit silah texnologiyalarının inkişafında mühüm mərhələ kimi qiymətləndirirlər. Bildirilir ki, əldə olunan nailiyyət gələcəkdə daha yüksək dəqiqlikli və “ağıllı” döyüş sursatlarının hazırlanmasına şərait yarada bilər.
Qeyd olunur ki, bu sahədə əsas problem yüksək təzyiq, sürət və elektromaqnit impulsların elektron komponentlərə ciddi zərər verməsi idi və bu maneənin aradan qaldırılması illərdir aparılan tədqiqatların əsas hədəflərindən biri sayılır.
,//Samir Qurbanov, Editor.az


