Erməni katolikosu I Aram Roma Papası XIV Leo ilə görüşüb.
Katolikos görüşdə ermənilərin Qarabağa qayıdışı mövzusunu qaldırsa da, Roma Papası onu məyus edib və bu haqda heç nə deməyib. Görüşdə erməni kilsəsi ilə Vatikan arasındakı münasibətlərə toxunulub katolikos I Aram qondarma soyqırımı və Qarabağdan öz xoşu ilə gedən ermənilərin “öz müqəddəratını təyin etmək hüququ”nu yada salıb. O, bu məsələdə göstərdiyi dəstəyə görə Roma Papasına minnətdarlıq etsə də, ikincinin bu barədə hər hansı fikir söylədiyi açıqlanmayıb.
Qeyd edək ki, Roma Papası 2025-ci ilin mayında seçilmiş ABŞ əsilli kardinal Robert Frensis Prevodur. O, Müqəddəs Taxt-Taca seçilən ilk amerikalı Roma Papasıdır. Yeri gəlmişkən, Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib. Vatikan 1992-ci ilin mayında Azərbaycanın müstəqilliyini tanıyandan sonra Müqəddəs Taxt-Tacla münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyev 2005, 2015, 2020-ci illərdə Vatikana səfər edib və yüksək səviyyədə qarşılanıb. Dünyada 1 milyard 300 milyon katolikin qibləsi olan Vatikan dünyada yürüdülən geopolitik siyasətə ciddi təsir gücünə malikdir.
Musavat.com


