“Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Editor.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, Saziş 2026-cı il fevralın 11-də Sofiya şəhərində imzalanıb.


