Maskalı silahlı şəxslər qəzet redaksiyasına hücum etdibackend

Maskalı silahlı şəxslər qəzet redaksiyasına hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum maskalı bir qrup şəxs “Moskovski Komsomolets” redaksiyasının yerləşdiyi binaya soxulub.

Foyedəki təhlükəsizlik kamerasından yayımlanan görüntülərə görə, kişilərdən bir neçəsi balaklava geyinib, digərləri isə üzlərini örtməyib.

“Onlar kobud davranıblar, sənədləri göstərməkdən imtina ediblər və redaksiyanın girişindəki qapıları və turniketləri sındırmaqla hədələyiblər”, – deyə MK məlumat verib. Nəşrin baş redaktoru Pavel Qusev bildirib ki, “əllərində çəkic olan silahlı adamlar” kommersiya təşkilatının yerləşdiyi üçüncü mərtəbəyə qalxıblar. Ehtimal ki, bu, binada yer icarəyə götürən üçüncü tərəf qurumunun ofisidir.

//Samir Qurbanov, Editor.az