“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir məkandır”.
Editor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan WUF13-ə də COP29-da olduğu kimi uğurla ev sahibliyi edir:
“Bu kimi tədbirlərin keçirilməsi üçün hər ölkədə bizdə olduğu kimi şərait yoxdur. Buna təhlükəsizlik məsələləri, müharibələr səbəb göstərilə bilər”.


