İran Amerikanın tələblərinə cavab veribbackend

İran Amerikanın tələblərinə cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran ABŞ-ın münaqişənin həlli planına etdiyi düzəlişlərə cavab olaraq Vaşinqtona şərhlərini çatdırıb.

Editor.az xəbər verir ki O, bu açıqlamanı brifinq zamanı verib. “ABŞ-ın bu layihəni açıq şəkildə rədd etdiyini bildirməsinə baxmayaraq, Pakistan tərəfindən bir sıra şərhlər və düzəlişlər aldıq. Təklifləri nəzərdən keçirdik və dünən elan edildiyi kimi, fikirlərimiz Amerika tərəfinə çatdırıldı.”- İsmayıl Bəqayi bildirib.
Bəqai həmçinin Pakistanın rəsmi vasitəçi kimi rolunu vurğulayıb və Tehran və Vaşinqton arasında münaqişənin həlli prosesində diplomatik qarşılıqlı əlaqəni təmin edib.

Qeyd edək ki, əvvəllər ABŞ İranla münaqişənin həlli prosesinin davam etdirilməsi üçün beş şərt irəli sürmüşdü.

//Samir Qurbanov, Editor.az