MDB Müşahidə Missiyası Ermənistanda işə başlayıb. Təşkilatın nümayəndələri 7 iyunda parlament üzvlərini seçəcək respublikadakı seçki prosesini izləyəcəklər.
“Ermənistan Respublikasının dəvəti əsasında Ermənistan Respublikası Milli Məclisinin seçkiləri üzrə MDB Müşahidə Missiyası və onun qərargahı 18 may 2026-cı il tarixində seçki kampaniyasını izləməyə başlayıb.” – MDB İcraiyyə Komitəsinin Mətbuat Xidməti xəbər verib. Vurğulanır ki, MDB nümayəndələri Ermənistandakı seçkiləri 12-ci dəfə müşahidə edəcəklər. MDB Birlik ölkələrinə ümumilikdə 134 müşahidəçi missiyası göndərib.
Missiya təxminən 120 üzvdən ibarət olacaq və onlardan səkkizinə uzunmüddətli təyinat veriləcək.
//Samir Qurbanov, Editor.az


