İsrail husilərin mövqelərinə dair kəşfiyyat məlumatlarını Səudiyyə Ərəbistanına verib.
Editor.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrailin “Valla” portalı diplomatik mənbəyə istinadla məlumat verib.
“Səudiyyə Ərəbistanı və İsrail ABŞ-ın Mərkəzi Komandanlığının (CENTCOM) vasitəçiliyi ilə danışıqlar aparıblar. Görüş Səudiyyə Ərəbistanının husilərə qarşı mübarizəsinə kömək etmək məqsədi daşıyıb”, – məlumatda qeyd olunub.
Portalın məlumatına görə, səudiyyəlilər husilərin mövqeləri barədə tam mənzərə yaratmaq və onların gələcək niyyətlərini müəyyən etmək məqsədilə kəşfiyyat sahəsində yardım istəyiblər.

