İsrailin ifrat sağçı maliyyə naziri Smotriç, işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin əlindən alınmış qeyri-qanuni yaşayış məntəqələrinə təxribat xarakterli “turist turları”nın başladıldığını elan edib.
Editor.az xəbər verir ki, Smotriç “X” sosial media platforması vasitəsilə mübahisəli bir çağırış edib.
Belə ki, o, israilliləri yəhudilərin dini bayramı olan “Sukkot” zamanı bu qeyri-qanuni əraziləri ziyarət etməyə dəvət edib və bildirdi: “Məskunlaşma inqilabını öz gözlərinizlə görün və onun İsrail dövlətinə təmin etdiyi təhlükəsizliyi hiss edin”.
//Dəniz Pənahova, Editor.az


