İki Afrika ölkəsi Türkiyə üstündə qarşı-qarşıya gəldibackend

İki Afrika ölkəsi Türkiyə üstündə qarşı-qarşıya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalidəki hərbi rolunu Türkiyə ordusuna təhvil verdikdən sonra əhəmiyyətli gəlir itkisinə məruz qalan Uqanda, Türkiyə ilə müdafiə sahəsindəki əməkdaşlığı dayandırıb.

Editor.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, siyasi iddiaları əsas gətirərək Ankaraya təzyiq göstərməyə çalışan Kampala administrasiyası, həmçinin Türkiyə şirkətlərini və infrastruktur layihələrini hədəf alıb.

Ölkənin müdafiəsi üçün milyonlarla dollar vəsait alan Uqanda ordusu, bölgəyə türk qoşunlarının gəlişindən sonra işsiz qalıb. Somali ilə Türkiyə arasındakı müdafiə sahəsində əməkdaşlıq, Somalinin Uqandaya olan ehtiyacını aradan qaldırdı.

Xatırladaq ki, Uqanda ordusu Somalidə qeyri-qanuni təşkilatlara qarşı mübarizə aparmaq məqsədilə yerləşdirilmişdi. Lakin “Middle East Eye” nəşrinin hesabatına görə, Somalinin bu vəzifələri Türkiyənin icra edəcəyini elan etməsindən sonra vəziyyət dəyişib.

//Dəniz Pənahova, Editor.az