Konqoda məktəbdə dəhşətli yanğın: Xeyli ölü və yaralı varbackend

Konqoda məktəbdə dəhşətli yanğın: Xeyli ölü və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqoda üsyançıların nəzarətində olan Bukavu şəhərində yerləşən məktəbdə baş vermiş yanğın nəticəsində xeyli insan həlak olub.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Hadisə şahidlərindən biri agentliyə verdiyi açıqlamada 17 cəsədin təcili tibbi yardım avtomobilinə yerləşdirilməsinə köməklik etdiyini bildirib. Yerli tibb mərkəzi yanğın zamanı həyatını itirən 10 nəfərin cəsədinin onlara gətirildiyini təsdiqləyib. Başqa bir xəstəxana isə 50-dən çox yaralı şagirdin qəbul edildiyini və onlardan 14-nün öldüyünü açıqlayıb.

Yanğının səbəbləri hələlik bəlli deyil.

Üsyançı ittifaqın koordinatoru Kornel Nanqaa “Reuters”ə bildirib ki, onda hazırda dəqiq məlumat yoxdur, lakin ölənlərin sayının 10 nəfərdən çox olduğunu təxmin edir.