İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb.
Editor.az xəbər verir ki, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlər nəticəsində oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılan məclisin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

