Azərbaycanda güclü zəlzələ gözlənilir? – AÇIQLAMAbackend

Azərbaycanda güclü zəlzələ gözlənilir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 05:52-də Xəzər dənizində zəlzələ olub.

Editor.az xəbər verir ki, zəlzələnin maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib.

Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər fon səviyyəsindədir.

“Yəni xırda təkanlar həmişə var seysmik bölgələrdə. Bu saata qədər narahatçılıq doğuran heç bir hal yoxdur”, – deyə o qeyd edib.