Peskov Avropa ölkələrinə çağırış etdibackend

Peskov Avropa ölkələrinə ÇAĞIRIŞ ETDİ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa ölkələrinin paytaxtları Ukrayna Silahlı Qüvvələri tərəfindən öz xalqlarına qarşı həyata keçirilən terror hücumları ilə bağlı narahatlıq keçirməlidirlər”.

Editor.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Ukrayna xüsusi xidmət orqanları tərəfindən Böyük Britaniya səfirliyinə qarşı terror aktı hazırlanması ehtimalı ilə bağlı jurnalistlərin sualını cavablandıran Peskov, Avropa ölkələrinin özlərinin yetişdirdikləri terrorçu rejim üzərində nəzarəti itirdikləri barədə fikirlə razılaşıb. O, bunun aşkar bir fakt olduğunu vurğulayıb.

“Bu, eynilə Almaniyanın nəzarəti itirməsi və Ukraynanın ‘Şimal axınını partlatması hadisəsinə bənzəyir. Burada da vəziyyət eynidir. Üstəlik, bu cür nümunələr çoxdur; bu, ilk hal deyil. Prinsipcə, bu, Avropa paytaxtlarında ciddi narahatlıq doğurmalıdır”, – deyə Peskov bildirib.

//Dəniz Pənahova, Editor.az