İki avtomobil toqquşdu – Xəsarət alanlar varbackend

İki avtomobil toqquşdu – Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb.

Editor.az xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

“Audi” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, Seymur Qurbanov (1990) və Xəyal Məmmədov (1986) xəsarət alıblar.

Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma başlanılıb./Report