“Qala Sığorta” ASC-nin 2026-cı ilin yanvar-avqust aylarında həyata keçirdiyi sığorta ödənişlərinin məbləğində azalma qeydə alınıb.
Editor.az “Yeni Sabah”a istinadən xəbər verir ki, şirkət cari ilin ilk 8 ayında 16 milyon 254 min manat sığorta ödənişi verib. Ötən ilin eyni dövründə isə bu göstərici 17 milyon 174 min manat təşkil etmişdi.
Müqayisə göstərir ki, “Qala Sığorta”nın sığorta ödənişləri illik müqayisədə 5.4% və ya 920 min manat azalıb.

