Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib.
Editor.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Çikovani Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Bundan başqa, nazir səfər çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini (ADEX 2026) ziyarət edib.
Nazirin başçılıq etdiyi nümayəndə heyətinə müavini Davit Kupatadze və Müdafiə Qüvvələri komandanının müavini, general-mayor Zaza Çxaidze daxildir.

