44 günlük müharibə ilə bağlı kritik iddia – Paşinyan söz veribmiş ki…backend

44 günlük müharibə ilə bağlı kritik iddia – Paşinyan söz veribmiş ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya NATO-ya gizli nota göndərib və bildirib ki, Kalininqradın blokadaya alınacağı təqdirdə Moskva arsenalındakı ən güclü vasitədən istifadə edəcək, yəni blokadanı həyata keçirənlərə nüvə zərbəsi endirəcək.

Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, bunu erməni siyasi analitik Mihran Akobyan deyib.

“44 günlük müharibənin əvvəlində Ermənistan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə zərbə endirməyəcəyini rəsmi şəkildə bəyan etmişdi. Serj Sərkisyanın prezidentliyi dövründə əldə olunan “İsgəndər” ballistik raketləri Azərbaycanın ərazisində, o cümlədən Bakı-Ceyhan neft kəməri və neft infrastrukturunun digər obyektlərini vurmaq imkanına malik idi”, – M.Akobyan vurğulayıb.

Qeyd edək ki, 2020-ci il müharibəsi zamanı Ermənistanda bəzi dairələr BTC-nin neft kəmərinin vurulmasını təklif etmişdilər. Lakin ekspertlər bu planın real olmadığını bildirmiş, kəmərin yüksək səviyyədə mühafizə edildiyini vurğulamışdılar.