ABŞ ordusu İrana qarşı hərəkətə keçdi – İsrailə onlarla hərbi təyyarə endibackend

ABŞ ordusu İrana qarşı hərəkətə keçdi – İsrailə onlarla hərbi təyyarə endi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla ağır hərbi-nəqliyyat təyyarəsinin gəldiyi bildirilir.

“Əl Cəzirə” telekanalı və İsrailin Kanal 13 telekanalının yaydığı məlumata görə, həmin təyyarələr sursat və hərbi yüklərlə İsrailə göndərilib.

Məlumata əsasən, yük təyyarələri ABŞ-nin Almaniyadakı hərbi bazalarından havaya qalxıb. Bildirilir ki, daşımalar Vaşinqtonun İranla bağlı mümkün hərbi ssenariləri müzakirə etdiyi bir vaxtda həyata keçirilir.

Musavat.com