ABŞ–İran müharibəsi uzanır: Trampın “qısa müharibə” vədi reallaşmadıbackend

ABŞ–İran müharibəsi uzanır: Trampın “qısa müharibə” vədi reallaşmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın İranla müharibənin qısa müddətdə başa çatacağı barədə əvvəlki açıqlamalarına baxmayaraq, qarşıdurma artıq uzunmüddətli xarakter alıb.

Editor.az  xəbər verir ki, Reuters yazır ki, İran kampaniyası ABŞ-ın İraq və Əfqanıstandakı uzunmüddətli müharibələri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Münaqişənin uzanması Vaşinqton üçün həm hərbi, həm də siyasi riskləri artırır. İranın müqavimət imkanlarının gözləniləndən daha yüksək olduğu bildirilir. ABŞ daxilində də müharibənin nəticələri və onun iqtisadiyyata təsiri ilə bağlı narazılıqlar artır.

Xüsusilə enerji qiymətlərinin yüksəlməsi və ABŞ-ın qarşıdan gələn aralıq seçkiləri fonunda müharibənin siyasi nəticələri diqqət mərkəzindədir. Reuters analitiklərinin fikrincə, əsas sual Vaşinqtonun münaqişədən hansı strategiya ilə çıxacağıdır.

//Samir Qurbanov, Editor.az