Neftin qiyməti 105 dollara yüksəldi: Hörmüz boğazında gərginlik artırbackend

Neftin qiyməti 105 dollara yüksəldi: Hörmüz boğazında gərginlik artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə tanker hücumlarının intensivləşməsi dünya neft bazarında ciddi narahatlıq yaradıb.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti 10 sentyabrda 105 dolları keçib.
ABŞ-ın İran tankerlərinə zərbələr endirməsindən sonra Tehran bölgədə bir sıra gəmilərə hücum edildiyini açıqlayıb.

Bununla yanaşı, Yəməndə husilərin strateji əhəmiyyətli Moça limanını ələ keçirməsi də Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.

Hörmüz boğazı dünya enerji ticarətinin ən mühüm marşrutlarından biridir. Bu ərazidə nəqliyyatın ciddi şəkildə məhdudlaşdırılması qlobal neft və qaz qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər.

Analitiklər hesab edirlər ki, münaqişənin uzanması inflyasiyanın yenidən sürətlənməsi və dünya iqtisadiyyatında əlavə təzyiq yaranması riskini artırır.

//Samir Qurbanov, Editor.az